Türkiyədə son sutkada 19 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 19 nəfər koronavirusdan ölüb
# 23 avqust 2020 22:18 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 80 302 şübhəli koronavirus testindən keçib, onlardan 1217-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 783 nəfər olub, 795 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 258 249 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 237 165 nəfər sağalıb, 6121 nəfər ölüb.

Nazir son günlər ağır xəstə sayının artmasından narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR