Türkiyədə son sutkada koronavirusdan 58 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 58 nəfər ölüb
# 08 oktyabr 2020 21:12 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 58 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 101 şübhəli koronavirus testindən keçib, onlardan 1615-nin cavabı pozitiv çıxıb, 1398 xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı 1403 nəfər olub.

Türkiyədə ümumilikdə 330 753 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8667 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR