Türkiyədə son sutkada koronavirusdan 65 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 65 nəfər ölüb
# 22 sentyabr 2020 20:23 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytı məlumat yayıb.

Qeyd olunub ki, son 24 saatda 114 311 şübhəli koronavirus testindən keçib, onlardan 1692-nin cavabı pozitiv çıxıb, 1261 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı isə 1522 nəfərdir.

Türkiyədə ümumilikdə 306 302 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 269 696 nəfər sağalıb, 7639 nəfər ölüb.

Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca twitter səhifəsində yeni növ koronavirusla mübarizə tədbirlərində səhiyyə işçilərinə dəstək verilməsi üçün bir daha çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR