Türkiyədə son sutkada koronavirusdan 71 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 71  nəfər ölüb
# 22 oktyabr 2020 21:18 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 71 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 198 şübhəli koronavirus testindən keçib, onlardan 2102-nin cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 355 528 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9584 nəfər ölüb.

F.Qoca ağır xəstə sayının çoxluğunu da vurğulayıb: “Bu gün ağır xəstələrin sayı 1599 nəfərə çatıb. Tibb işçilərimiz üçün ən önəmli mübarizə ağır xəstələri müalicə edərək sağaltmaq və bununla da koronovirusdan ölənlərin sayını azaltmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR