Türkiyədə xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb

Türkiyədə xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb
# 20 dekabr 2020 00:19 (UTC +04:00)

Türkiyədə xəstəxanada baş verən yanğında ölənlərin sayı 10-a yüksəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrədiin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, xəstələrdən biri digər xəstəxaya nəql eilib və orada ölüb.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 04.45-də SANKO Universitetinin xəstəxanasının COVİD-19 xəstələrinin yatdığı reanimasiya şöbəsində tənəffüs cihazında oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR