Türkiyədən bir qrup heyət Misirlə siyasi məsləhətləşmələr üçün Qahirəyə səfər edəcək

Türkiyədən bir qrup heyət Misirlə siyasi məsləhətləşmələr üçün Qahirəyə səfər edəcək
# 05 may 2021 06:14 (UTC +04:00)

Türkiyə ilə Misir arasında siyasi məsləhətləşmələr keçirilmək üçün Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərliyi ilə bir qrup heyət 5-6 may 2021-ci il tarixlərində Qahirəyə səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, S.Önal Misirin xarici işlər nazirinin müavini Həmdi Sanad Lozanla görüşəcək.

Siyasi məsləhətləşmələr və araşdırma xarakterli danışıqlarda Türkiyə ilə Misir arasında münasibətlərin ikitərəfli və regional baxımdan normallaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR