Türkiyənin Təhsil naziri: “Buraxılan dərslər yay tətilinə əngəl olmayacaq”

Türkiyənin Təhsil naziri: “Buraxılan dərslər yay tətilinə əngəl olmayacaq”
# 16 aprel 2020 08:08 (UTC +04:00)

Türkiyənin ali və orta məktəblərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar buraxılan dərslər yay tətilinin müəyyən müddəti ilə kompensasiya olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq bildirib.

Nazir qeyd edib ki, bu, tələbə və şagirdlərin yay tətilinin tamamilə ləğv olunması anlamına gəlməməlidir: “Qismən və sürətləndirilmiş kompensasiya müddəti yay tətilinin aradan qaldırılması demək deyil. Türkiyə Böyük Millət Məclisində təsdiqlənən müvafiq qanundakı dəyişikliklərin tətbiqi tələbə və şagirdlərimizin yayda kifayət qədər istirahətlərinə də imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR