ÜST koronavirusun Yaponiya ştammının nə dərəcədə təhlükəli olmasına münasibət bildirib

ÜST koronavirusun Yaponiya ştammının nə dərəcədə təhlükəli olmasına münasibət bildirib
# 12 yanvar 2021 00:11 (UTC +04:00)

Yaponiyada aşkar edilmiş koronavirusun yeni variantı hələlik daha aqressiv infeksiya ilə müşahidə olunmayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinq zamanı deyib.

“Həftə sonu Yaponiya ÜST-ə virusun yeni variantının aşkar edildiyini açıqlayıb. Virus nə qədər çox yayılarsa, onun yeni variantlarının ortaya çıxma ehtimalı o qədər çox olur. Nəticədə xəstəlik və xəstəxanaya yerləşdirilmə artımı yüksək olar ki, bu da virusla mübarizədə onsuz da işi ağır olan xəstəxanaların işini daha çətinləşdirəcək”, - deyə Qebreyesus bildirib.

Təşkilat rəhbəri bir daha maska taxmağın və sosial məsafəni qorumağın vacibliyini xatırladıb.

Qeyd edək ki, bu günlərdə Yaponiyanın Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri koronavirus infeksiyasının Britaniya və CAR-da yayılan növlərindən fərqli yeni – SARS-CoV-2 mutasiyasının aşkar olunduğunu açıqlayıblar. Ştamm ölkəyə Braziliyadan gələn dörd nəfərdə müəyyən edilib. Alimlərin fikrincə, bu mutasiyanın “patogenlik səviyyəsini, yoluxuculuğunu, test metodlarının və ya peyvəndlərin effektivliyini” qiymətləndirmək hələlik çətindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR