Yaponiyanın Baş Naziri Yaxın Şərqə özünümüdafiə qüvvələrinin göndərilməsi planından danışıb

Yaponiyanın Baş Naziri Yaxın Şərqə özünümüdafiə qüvvələrinin göndərilməsi planından danışıb
# 06 yanvar 2020 11:24 (UTC +04:00)

Yaponiyanın Baş Naziri Şinzo Abe özünümüdafiə qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsi planı barədə danışıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Şinzo Abe mətbuat konfransında deyib.

Baş Nazir Yaponiyaya məxsus gəmilərin təhlükəsizliyinin təmin olunması üçün özünümüdafiə qüvvələrinin vacibliyini qeyd edib.

Yaxın Şərqdəki vəziyyətə toxunan Şinzo Abe bütün xalqları regionda gərginliyin azaldılması istiqamətində diplomatik səylər göstərməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR