Yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək

Yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək
# 23 sentyabr 2020 15:03 (UTC +04:00)

Sentyabrın 28-dən etibarən yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin viza üçün yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Qeyd olunub ki, martın 28-dən sonra Çində yaşayış icazəsinin müddəti bitən əcnəbilər Çinin səfirliklərinə və konsulluqlarına viza üçün müraciət edə biləcəklər.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar mart ayından etibarən müvəqqəti olaraq Çin vizaları və yaşayış izni olan əcnəbilərin ölkəyə girişini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR