Yəməndə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Yəməndə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
# 25 dekabr 2019 04:51 (UTC +04:00)

Yəmənin şimal-qərbindəki Saada əyalətində bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yəmənli üsyançıların (husilər) nəzarətində olan “Əl-Masira” telekanalı məlumat yayıb.

Buna qədər 15 nəfərin öldüyü deyilirdi.

Telekanalın məlumatına görə, raket və artilleriya zərbələri nəticəsində ölənlərdən 5 nəfəri Yəmən vətəndaşı, 12 nəfəri isə afrikalı miqrantlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR