ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

© APA | İsraildə ABŞ səfirliyi

# 15 may 2021 16:06 (UTC +04:00)

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar səfirliyin Təl-Əviv şöbəsi gündəlik viza xidmətlərini müvəqqəti dayandırır.

"Gündəlik viza xidmətlərini ən qısa müddətdə bərpa edəcəyik, lakin hazırda müəyyən bir tarix deyə bilmirik", - səfirliyin məlumatında bildirilib.

ABŞ səfirliyi bildirib ki, Qüdsdəki konsulluğun fəaliyyətində dəyişiklik yoxdur.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail ordusu və "Həmas" arasında gərginlik yaranıb. Bu günə qədər davam edən qarşılıqlı hava zərbələri nəticəsində 139 fələstinli, 11 İsrail vətəndaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR