ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları dayandırıb

"British Airways"

© APA | "British Airways"

# 13 may 2021 13:50 (UTC +04:00)

ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın "American Airlines", "United Airlines", "Delta Air Lines" və Britaniyanın "British Airways" şirkətləri Təl-Əvivə bütün uçuşları ləğv edib.

"Həmkarlarımızın və müştərilərimizin təhlükəsizliyi hər zaman bizim üçün əsas prioritetdir. Biz vəziyyəti yaxından izləyirik", - deyə "British Airways"in yaydığı açıqlamada bildirilib.

Britaniyanın "easyJet" hava yolu şirkəti isə bildirib ki, hələlik onlar Təl-Əvivə uçuşları dayandırmır.

"Əlbəttə ki, biz vəziyyəti izləməyə davam edəcəyik", - deyə şirkətin sözçüsü bildirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR