Akar: “Yanvarın 1-dən indiyədək 1070 terrorçu zərərsizləşdirilib”

Hulusi Akar

© APA | Hulusi Akar

# 17 may 2021 18:13 (UTC +04:00)

“Yanvar ayının 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri tərəfindən 1070 terrorçu zərərsizləşdirilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, İraqın şimalındakı Metina və Avaşin-Basyan bölgələrində çətin ərazi şərtlərinə baxmayaraq, Türkiyə ordusunun eyni vaxtda başlatdığı “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatları planlandığı şəkildə uğurla davam etdirilir: “Sərhədçilərimiz “sərhəd namusdur” anlayışı ilə vəzifələrini qəhrəmanlıqla və əzmlə yerinə yetirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR