BMT Baş Assambleyasının Qəzza ilə əlaqədar iclası keçirilə bilər

BMT Baş Assambleyasının Qəzza ilə əlaqədar iclası keçirilə bilər

© APA | BMT Baş Assambleyasının zalı

# 15 may 2021 19:21 (UTC +04:00)

Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır "Twitter"də bildirib.

"Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonra Şərqi Qüdsdə və işğal olunmuş Fələstin bölgəsindəki pisləşən vəziyyətlə əlaqədar üzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam", BMT Baş Assambleyasının Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR