Çavuşoğlu: “Fələstin XİN başçısının Türkiyə səfərindən sonra İsrail Qəzzada hücuma keçib”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 18 may 2021 18:06 (UTC +04:00)

“Bu günə qədər 200-ə yaxın fələstinli öldürülüb. Ölənlərin yarısından çoxu qadın və uşaqdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) Qəzzadakı son hadisələrlə bağlı çıxışı zamanı deyib.

O bildirib ki, mayın 7-də Ankarada səfərdə olan Fələstin XİN başçısı ilə İsrail-Fələstin münasibətlərini dəyərləndirdikdən sonra İsrail Fələstinə hücum edib və müsəlmanların müqəddəs Ramazan bayramı hüznlü keçib.

M. Çavuşoğlunun sözlərinə görə, Fələstinə dəstək məqsədilə Türkiyə Prezidenti və o özü çox sayda dövlət başçısı və xarici işlər naziri ilə diplomatik danışıqlar aparıb.

Türkiyə XİN başçısı Ankarada səfərdə olan Pakistanın xarici işlər naziri ilə bu gün Qəzzadakı vəziyyətlə bağlı müzakirə apardıqlarını qeyd edib: “Bu baxımdan Türkiyə parlamentinin dəstəyi bizim siyasətimizə ən böyük dəstəkdir. Qardaş Pakistan parlamenti də Türkiyə parlamenti ilə eyni mövqedədir”.

Nazir vurğulayıb ki, BMT Baş Assambleyasının mayın 21-də Qəzzadakı vəziyyətlə bağlı iclas keçirməsinə dair təşəbbüs ilk olaraq Türkiyədən gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR