Çinin orbitə buraxdığı raket daşıyıcısının hissəsi İtaliyanın və ya Avstraliyanın üzərinə düşə bilər

Çinin orbitə buraxdığı raket daşıyıcısının hissəsi İtaliyanın və ya Avstraliyanın üzərinə düşə bilər
# 09 may 2021 04:21 (UTC +04:00)

“Çin kosmik stansiyasının modulunu orbitə çatdiran CZ-5B raket daşıyıcısının ikinci qolu Avstraliya, Yunanıstan, İsrail, İordaniya, İtaliya və ya Səudiyyə Ərəbistanı kimi ölkələrin üzərindən Yerin atmosferinə daxil ola bilər”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell “Twitter” səhifəsində yazıb.

O, ABŞ Kosmik Komandanlığının məlumatlarını təhlil edərək qeyd edib ki, sözügedən raket hissəsinin Kosta Rika, Haiti, Sardiniya adası, İtaliya, Yunanıstan, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Avstraliya və Yeni Zelandiyanın atmosferinə daxil olaraq bu ölkələrin ərazisinə düşə bilər.

Qeyd edilib ki, raket daşıyıcı hissənin Yerin atmosferinə girişi, təxminən bazar günü saat 05:00-da baş verəcək.

Xatırladaq ki, daha əvvəl Çin raketi eniş mərhələsində İndoneziyanın cənubunda Timor dənizi bölgəsindən Yerin atmosferinə girəcəyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR