Əfqanıstanda məsciddə partlayışda ölənlərin sayı 12-yə yüksəlib - YENİLƏNİB

Əfqanıstanda məsciddə partlayışda ölənlərin sayı 12-yə yüksəlib - <span class="red_color">YENİLƏNİB</span>
# 14 may 2021 14:49 (UTC +04:00)

Əfqanıstanda məsciddə partlayışda ölənlərin sayı artır.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu gün Kabil əyalətinin Şəkərdərə rayonunda cümə namazı vaxtı törədilən partlayışda ölənlərin sayı 12-yə yüksəlib.

Xeyli yaralının olduğu bildirilir.

Partlayışa görə hələlik heç kim məsuliyyəti öz üzərində götürməyib.

***

13.53

Əfqanıstanda məsciddə partlayış törədilib.

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, yerli KİV xəbər verir ki, Kabil əyalətində cümə namazı vaxtı baş verən partlayış nəticəsində ən azı 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Ölənlərin sayının artacağı ehtimal edilir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR