Əfqanıstanda törədilən üç partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Əfqanıstanda törədilən üç partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb - <span class="red_color">YENİLƏNİB</span>

© APA | Kabil

# 08 may 2021 18:43 (UTC +04:00)

Kabildə törədilən partlayışlar nəticəsində ölən və xəsarət alanların sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə “Tolo News” telekanalı Əfqanıstan DİN-ə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 25, xəsarət alanların sayı isə 52 nəfərə çatıb.

***

saat 17:54

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məktəblərdən birinin yaxınlığında silsilə partlayışlar törədilib.

APA-nın xəbərinə görə, bu barədə “Tolo News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, baş vermiş partlayışlar nəticəsində ən azı 15 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi üç partlayışın törədildiyini açıqlayıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR