24 aprel - 4 may tarixləri arasında Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında yüksək səviyyəli konfrans keçiriləcək.
APA-nın Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatçılığı ilə keçiriləcək konfransa İstanbul ev sahibliyi edəcək.
Bildirilib ki, konfransda siyasi həll üçün yol xəritəsinin yaradılması və toqquşmalara son verilməsi ilə bağlı müzakirələr aparılacaq.