Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 10 hərbçi həlak olub

#
# 16:46
28 dekabr 2019

Əfqanıstanın Hilmənd əyalətində yaraqlıların posta hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub, dördü yaralanıb.

APA-nın xəbərinə görə, “Tolo News” telekanalının məlumatında bildirilir ki, hücum zamanı postda 16 hərbçi olub.

Hücuma görə “Taliban” məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR