Əfqanıstanda avtomobil atəşə tutulub, 6 nəfər ölüb

Əfqanıstanda avtomobil atəşə tutulub, 6 nəfər ölüb
# 04 dekabr 2019 12:17 (UTC +04:00)

Əfqanıstanın Nangarhar vilayətində silahlı şəxslər içərisində yaponiyalı fizikin olduğu avtomobili atəşə tutublar.

APA-nın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə zamanı Yaponiya vətəndaşı Tetsu Nakamura və 5 əfqanıstanlı öldürülüb.

Ərazidə həm İŞİD, həm də “Taliban” hərəkatının üzvləri aktiv olsalar da, məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Hadisəni törədənlərin tapılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR