Əfqanıstanda avtomobil partladılıb, 18 hərbçi ölüb

Əfqanıstanda avtomobil partladılıb, 18 hərbçi ölüb
# 04 may 2020 10:31 (UTC +04:00)

Əfqanıstanda avtomobilin partladılması nəticəsində 18 hərbçi ölüb.

APA-nın xəbərinə görə, bu barədə “TOLO News” telekanalı yerli güclü strukturlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bazar günü axşam ölkənin cənubunda, Hilmend vilayətində baş verib.

Qeyd olunub ki, minalanmış avtomobil Əfqanıstan ordusunun nəzarət-buraxılış məntəqəsinin yaxınlığında partladılıb. Nəzarət-buraxılış məntəqəsi tamamilə dağılıb.

Terror aktına görə “Taliban” hərəkatı məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR