Əfqanıstanda daşqın nəticəsində 14 nəfər ölüb

Əfqanıstanda daşqın nəticəsində 14 nəfər ölüb
# 04 may 2021 11:55 (UTC +04:00)

Əfqanıstanda şiddətli yağışlardan sonra baş verən daşqın nəticəsində ölənlər var.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə Əfqanıstanın qərbi Herat vilayətinin Adraskan bölgəsində baş verən daşqın nəticəsində 14 nəfər ölüb.

Vilayət merinin sözçüsü bildirib ki, təbii fəlakət Adraskan bölgəsinin Rokha kəndində baş verib.

Onun sözlərinə görə, qurbanlar arasında dörd uşaq, bir qadın da var.

Daşqınlar onlarla hektar ərazini məhv edib.

Heratın Obe və Karokh rayonlarında da daşqınlar olub, lakin itkilər barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR