Əfqanıstanda mədrəsədə partlayışda beş uşaq həlak olub

#
# 12:40
14 fevral 2020

Əfqanıstanın Qunduz əyalətində törədilən partlayışda beş uşaq həlak olub, üçü yaralanıb.

APA-nın məlumatına görə, “Tolo News” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə fevralın 13-də axşam baş verib.

Mədrəsədə quraşdırılmış partlayıcı işə düşüb. Hadisə qurbanlarının hamısı mədrəsədə təhsil alan uşaqlardır.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR