Əfqanıstanda silahlı qarşıdurma zamanı 9 “Taliban” yaraqlısı öldürülüb

Əfqanıstanda silahlı qarşıdurma zamanı 9 “Taliban” yaraqlısı öldürülüb
# 29 iyun 2020 04:50 (UTC +04:00)

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb, 5-i yaralanıb.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, bunu əyalət polis qüvvələrinin Mətbuat katibi Hayatullah Nizami Əhmadzai bildirib.

Onun sözlərinə görə, toqquşmalar yaraqlıların əyalətin Patan rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum etməsindən sonra baş verib.

“Taliban” hələlik hücumla bağlı hər hansı açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR