Əfqanıstanda silahlı şəxslərin Kabil Universitetinə hücumunda 19 nəfər ölüb

Əfqanıstanda silahlı şəxslərin Kabil Universitetinə hücumunda 19 nəfər ölüb
# 02 noyabr 2020 17:46 (UTC +04:00)

Əfqanıstanda silah şəxslər tərəfindən Kabil Universitetinə hücum edilib.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, 3 silahlı şəxs Universitetin Hüquq fakültəsinin yerləşdiyi binaya hücum edib.

Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb. 

Qeyd olunub ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı 6 saat davam edib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR