Əfqanıstanda teleaparıcı qadın silahlılar tərəfindən qətlə yetirilib

Əfqanıstanda teleaparıcı qadın silahlılar tərəfindən qətlə yetirilib
# 11 dekabr 2020 02:49 (UTC +04:00)

Əfqanıstanın şərqində televiziya aparıcısı silahlı şəxslər tərəfindən güllələnib.

APAAssociated Press”ə istinadən xəbər verir ki, teleaparıcı Malala Mayvand Nanqarhar əyalətindəki evindən çıxan zaman silahlılar onun olduğu avtomobilə atəş açıb.

Mayvand televiziya və radio aparıcısı olmaqla yanaşı, həm də əfqan qadın və uşaqların hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan bir fəal olub.

Qətlin məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Bölgədə Taliban hərəkatı da aktivdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR