Hindistanda son sutkada COVID-19-a 414 mindən çox yoluxma qeydə alınıb

Koronavirus

© APA | Koronavirus

# 07 may 2021 09:45 (UTC +04:00)

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 414 188 yoluxma halı qeydə alınıb.

APA-nın “Retures”ə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 21,49 milyonu keçib.

Son sutka ərzində 3915 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 234 083 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR