IDF: Quru qoşunlarımız hazırda Qəzza ərazisində deyil

IDF: Quru qoşunlarımız hazırda Qəzza ərazisində deyil
# 14 may 2021 09:58 (UTC +04:00)

"İsrail Müdafiə Qüvvələrinin (IDF) quru qoşunları hazırda Qəzza ərazisində deyil".

APA-nın məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

"IDF-nin hava və quru qoşunları Qəzza Zolağında yerləşən hədəflərə zərbələr endirir", - sözçü deyib.

Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri ingilis dilində açıqlama yayıb və mətbuat katibi Qəzzada quru qüvvələrinin olduğunu bildirib. Bu məlumatlara əsasən, xarici media İsrailin Qəzzaya quru hücumuna başladığını yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR