İranda 304 nəfər prezident seçkilərində namizəd olacağını açıqlayıb

Seyid İbrahim Rəisi

© APA | Seyid İbrahim Rəisi

# 15 may 2021 11:09 (UTC +04:00)

İranın Məhkəmə Sisteminin sədri Seyid İbrahim Rəisi prezident seçkilərində müstəqil namizəd olacağını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ. Rəisi bununla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, o, ölkənin idarəetməsində dəyişiklik etmək, yoxsulluq və ayrı-seçkiliklə amansız mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, İranda 118 partiya dövlət qeydiyyatından keçsə də, onlardan 10-15 partiya aktiv fəaliyyət göstərir. Partiyalar əsasən, Mühafizəkarlar (Üsülgəra) və İslahatçılar (reformistlər) düşərgəsində toplaşıb.

Xatırladaq ki, 2021-ci il iyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı may ayının 10-da başlayıb və 5 gün davam etməli idi. Bu gün İran parlamentinin sabiq spikeri Əli Laricani də seçkilərə namizədliyini irəli sürüb. İndiyədək 304 nəfər namizəd qeydiyyatdan keçib. Onların arasında sabiq prezident Mahmud Əhmədinejad, sabiq nazirlər Rüstəm Qasimi, Şəmsəddin Hüseyni də var. Namizədlərin müraciəti üçün müddət bu gün başa çatacaq.

Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR