İranda ötən sutkada koronavirusdan 283 nəfər ölüb

koronavirus

© APA | koronavirus

# 08 may 2021 14:09 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 283 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 74 524 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13 576 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 640 670 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR