İranda Ramazan tətilində şəhərlərarası səfərlər qadağan edilib

Tehran şəhəri

© APA | Tehran şəhəri

# 06 may 2021 16:26 (UTC +04:00)

İranda Ramazan tətilində şəhərlərarası səfərlər qadağan edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə qərar bu gün İran Nazirlər Kabinetinin iclasında Koronavirusla Mübarizə Qərargahının təşəbbüsü ilə verilmiş təklifin müzakirəsindən sonra qəbul olunub.

Beləliklə may ayının 11-dən 15-dək İranda bütün şəhərlərarası səfərlər qadağan edilib.

Qeyd edək ki, İranda ötən 24 saat ərzində 18 409 nəfər koronavirusa yoluxub, 338 nəfər koronavirusdan ölüb. İnfeksiyaya yoluxanların ümumi sayı 2 610 018 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR