İranda son sutkada 338 nəfər koronavirusdan ölüb

İranda daha 338 nəfər COVID-19-dan ölüb

© APA | İranda daha 338 nəfər COVID-19-dan ölüb

# 06 may 2021 13:43 (UTC +04:00)

İranda ötən sutka ərzində 338 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 73 906 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 18 409 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 610 018 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR