İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 49-a çatıb - <span class="red_color">YENİLƏNİB</span>
# 12 may 2021 13:15 (UTC +04:00)

İsrailin raket zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 43-ə çatıb.

APA-nın "Haaretz"ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 13-ü uşaqdır. Yaralıların sayının 269 nəfər olduğu qeyd olunub.

"Haaretz"in məlumatına görə, HAMAS-ın tank əleyhinə raket zərbəsi nəticəsində yaralanan üç nəfərdən biri ölüb, bununla da İsrail tərəfdən ölənlərin sayı 6-ya çatıb.

Həlak olan şəxsin hərbçi olduğu bildirilir.

***

05.09

İsrail və Qəzza zolağı arasında qarşılıqlı zərbələr nəticəsində ümumilikdə 38 nəfər ölüb. 

APA Reuters-ə istinadən xəbər verir ki, 35 nəfər fələstinli, 3 nəfər isə israilli dünyasını dəyişib.

İsrailin hava zərbələri Qəzzada çoxmərtəbəli binanın uçmasına səbəb olub.

“HAMAS” tərkibində olan radikal qruplaşma tərəfindən isə Təl-Əviv və Birşeba istiqamətində 210 raket atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR