İsrail hərbçiləri avtomobildən onlara atəş açan 2 fələstinlini zərərsizləşdirib - YENİLƏNİB-1

İsrail hərbçiləri avtomobildən onlara atəş açan 2 fələstinlini zərərsizləşdirib - YENİLƏNİB-1
# 12 may 2021 00:18 (UTC +04:00)

İordan çayının qərb sahilində Nablus şəhərində İsrail hərbçiləri onlara avtomobildən atəş açan 2 fələstinlini zərəsizləşdirib.

APA-nın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti xəbər dərc edib.

Hücum zamanı hərbçilər arasında itkinin olmadığı bildirilib.

Hərbçilərin cavab atəşi nəticəsində yaralanan fələstinlilər həbs olunub.

***

00:06

İsrail Müdafiə Qüvvələri “Həmas”ın Qəzza zolağında mülki binalarda yerləşdirilən silah anbarlarını atəşə tutmağa başlayıb.

APA-nın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.
İsrail ordusu Qəzza bölgəsindəki əhaliyə xəbərdarlıq edib ki, “Həmas”ın təhlükəli obyektlərindən uzaqlaşsınlar.

“The Times of Israel” qəzeti məlumatına görə, radikal qüvvələrin Tel-Əviv yaxınlığındakı Rişon Le-Zion şəhərinə endirdiyi raket zərbələri nəticəsində bir qadın həyatını itirib, daha səkkiz nəfər yaralanıb.

Həmçinin, “Ben Qurion” beynəlxalq hava limanının bağlandığı bildirilib.

***

11 may, saat 23:34

Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə atdığı raketlərdən biri avtobusu partladıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, avtobus boş olduğundan itki qeydə alınmayıb.

Reuters-in İsrail Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda isə bildirilib ki, Tel-Əvivə və İsrailin mərkəzinə doğru 130 raket zərbəsi endirilib.

Raket atəşləri nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR