İsrailin müdafiə naziri ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə elçisi ilə görüşüb

İsrailin müdafiə naziri ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə elçisi ilə görüşüb

© APA | İsrailin müdafiə naziri Benni Qantz

# 16 may 2021 11:41 (UTC +04:00)

İsrailin müdafiə naziri Benni Qantz ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə elçisi Hadi Amrla görüşüb.

APA-nın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, görüşdə İsrail və “Həmas” arasında gərginliyin de-eskalasiyası müzakirə olunacaq. 

Görüş ABŞ rəsmisinin Qüdsə səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, bu gün İsrailin təhlükəsizlik kabinetinin iclası keçiriləcək. İclasda Qəzza ilə bağlı atılacaq növbəti addımlar müzakirə olunacaq.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və “Həmas” arasında gərginlik yaranıb. Hər iki tərəfin qarşılıqlı raket zərbələri nəticəsində 150-dən çox mülki vətəndaş həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR