Əli Laricani İran parlamentinin sədri postuna namizəd olmaq istəmir

Əli Laricani İran parlamentinin sədri postuna namizəd olmaq istəmir
# 01 dekabr 2019 19:25 (UTC +04:00)

İran parlamentinin sədri Əli Laricani yenidən spiker postu uğrunda mübarizə aparmayacağını bəyan edib.

APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, Ə. Laricani 2008-ci ildən İran parlamentinin sədri postunu tutur.

Ə. Laricani sonuncu dəfə 2019-cu ilin mayında 274 deputatdan 155-nin dəstəyi ilə spiker seçilib. İran parlamentinin sədri ildə bir dəfə, qaydaya əsasən, mayda seçilir.

Ə. Laricani bildirib ki, spiker postu uğrunda mübarizə aparmaq planı yoxdur: “12 il parlamentə rəhbərlik etmək üçün yetərli müddətdir. Mən parlamentin sədri postu uğrunda mübarizə aparmamaq barədə qərarı birdən-birə qəbul etməmişəm, uzun müddət bu barədə düşünmüşəm. Mənim bu qərarım parlamentin fəaliyyətinə təsir göstərməyəcək. Parlamentdə bu postu tutacaq və bunu bacaracaq digər deputatlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR