Mustafa Şentop islandiyalı həmkarını 1915-ci il hadisələrini soyqırımı kimi tanımamağa çağırıb

Mustafa Şentop islandiyalı həmkarını 1915-ci il hadisələrini soyqırımı kimi tanımamağa çağırıb

© APA | Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

# 17 may 2021 22:42 (UTC +04:00)

“Bəzi dairələrin təxribatı ilə 1915-ci il hadisələrini soyqırımı kimi tanımağı hədəfləyən bir qərar layihəsinin parlamentinizə təqdim olunması və bu cür əsassız cəhdlər İslandiya ilə Türkiyə arasında mövcud olan yaxşı münasibətlərə kölgə salmaqdan başqa bir şeylə nəticələnə bilməz”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İslandiya Parlamentinin sədri Steynqrimur Siqfussona məktubunda yazıb.

TBMM sədri deyib ki, “erməni soyqırımı” iddiaları heç bir həqiqəti əks etdirmir, əksinə, təşkilatlanmış radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər: “Osmanlı Dövlətinin Birinci Dünya Müharibəsinə qatılmasından radikal erməni qrupları fürsət olaraq istifadə edərək düşmən orduları tərəfindən silahlanıb Osmanlı ordusuna və müsəlman mülki insanlara hücumlar edib, Osmanlıya qarşı üsyan qaldırıblar. Ortaya çıxan sərt şərtlərin qaçılmaz nəticəsi olaraq, 27 May 1915-ci ildə "Köçürülmə və yerləşdirilmə” haqqında qanun təsis edilib və Osmanlının strateji ərazilərində yaşayan ermənilər hərbi bölgədən çıxarılaraq ölkənin cənub ərazilərinə göndərilib. Bu da Osmanlı dövlətinin əsasını sarsıdan erməni qiyamçılarının qarşısını almaq üçün qanuni tədbirdir”.
İslandiya parlamentində bu təşəbbüsün dəstəklənməyəcəyinə ümid etdiyini söyləyən M.Şentop islandiyalı həmkarına çağırış edərək parlamentlərin səlahiyyətində olmayan bu mübahisəli tarixi məsələni gündəmə gətirməməyi tövsiyə edib: “Hesab edirəm ki, inkişaf etdirmək istədiyimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın pozulmaması üçün birgə mübarizə aparmalıyıq".
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR