Ərdoğan: “İdlibdə qarşı tərəf 30-dan çox itki verib"

Ərdoğan: “İdlibdə qarşı tərəf 30-dan çox itki verib"
# 03 fevral 2020 11:02 (UTC +04:00)

“İlkin məlumata görə, İdlibdə qarşı tərəfdən 30-35 suriyalı zərərsizləşdirilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) İdlibdə müəyyənləşdirdiyi 46 hədəfə zərbələr endirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 hərbçisi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR