Ərdoğan, Makron və Merkel arasında telefon danışığı olub

Ərdoğan, Makron və Merkel arasında telefon danışığı olub
# 21 fevral 2020 15:19 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, üçtərəfli telefon danışığı zamanı Türkiyə Prezidenti ötən gün Almaniyada baş verən terror hadisəsində ölənlərin yaxınlarına başsağlığı verib.  

Ərdoğan Suriyanın şimalında, İdlib vilayətində Suriya ordusunun hücumlarının dayandırılmasının vacibliyini qeyd edib.

Türkiyə Prezidenti Liviyada sabitliyin bərqərar olunması üçün müttəfiq dövlətlərlə birgə fəaliyyətin əhəmiyyətini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR