Ərdoğan Türkiyə ordusunun İdlibdə şəhidlərinin sayını açıqlayıb

#
# 17:20
8 mart 2020

Son bir ayda Suriyanın İdlib vilayətində Türkiyə ordusunun 59 hərbçisi şəhid olub.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Türkiyənin Qəhrəman Qadınları” konfransında çıxışında bildirib.

R. T. Ərdoğan deyib ki, İdlibdə “Bahar qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminin 3400 əsgəri zərərsizləşdirilib.

Türkiyə Prezidenti onu da nəzərə çatdırıb ki, Suriyada 9 ildir davam edən münaqişə nəticəsində 1 milyondan çox insan həyatının itirib ki, onların da çoxu qadın və uşaqlardır.

Qeyd edək ki, martın 5-də Moskvada R. T. Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında  görüşdə İdlibdə atəşkəs barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR