Türkiyə Ordusu İraqda terrorçulara məxsus mağaranı məhv edib

Türkiyə Ordusu İraqda terrorçulara məxsus mağaranı məhv edib
# 07 may 2021 18:19 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında həyata keçirdiyi əməliyyat zamanı içərisində xeyli silah-sursat olan mağara aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi twıtter səhifəsindən məlumat yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin “Pəncə İldırım” və “Pəncə Şimşək” hərəkatları çərçivəsində terrorçulara qarşı mübarizə fəaliyyəti davam etdirir.

Bu əməliyyatlar zamanı terrorçulara məxsus daha bir mağara aşkarlanaraq, yararsız hala gətirilib.

Hərəkatlar nəticəsində indiyədək 70-dən çox terrorçunun zərərsizləşdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR