Türkiyə və Pakistan XİN başçıları görüşüb

Şah Mahmud Qureyşi, Mövlud Çavuşoğlu

© APA | Şah Mahmud Qureyşi, Mövlud Çavuşoğlu

# 18 may 2021 15:43 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

Görüşdə Türkiyə-Pakistan münasibətləri, Qəzzadakı son vəziyyət və Əfqanıstanda sülh prosesi müzakirə olunub.

Görüş Pakistan xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR