Türkiyədə bu gün 223 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 223 nəfər COVID-19-dan həyatını itirib
# 16 may 2021 23:13 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 223 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 202 min 243 nəfər test edilib, onların 10 min 512-nin koronavirus testi pozitiv nəticə verib, 14 min 418 nəfər sağalıb, 2 min 468 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 44 min 760 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 117 min 374 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 947 min 256 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR