Türkiyədə bu gün 281 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 281 nəfər COVID-19-dan həyatını itirib
# 08 may 2021 21:17 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 281 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 28 873 nəfər test edilib, onlardan 18 052-nin koronavirus testi pozitiv nəticə verib, 28 896  nəfər sağalıb, 3 175 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. 

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə  42 746 nəfər ölüb.    

Türkiyədə indiyədək 5 016 141 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan  4 691 224 nəfəri müalicə olunaraq evə buraxılıb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR