İran Bakı-Tiflis-Ceyhan neft kəmərinə rəqib ola biləcək kəmər çəkməyə hazırlaşır

İran Bakı-Tiflis-Ceyhan neft kəmərinə rəqib ola biləcək kəmər çəkməyə hazırlaşır
# 13 avqust 2008 15:10 (UTC +04:00)
Tehran - APA. İran çəkilməsi nəzərdə tutulan Neka-Cask ixrac neft kəmərinin Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinə layiqli rəqib və əvəz ola biləcəyini bəyan edib. APA-nın məlumatına görə, İranın Milli Neft Şirkətinin icraçı direktorunun investisiya üzrə müavini, doktor Höccətulla Hənimifard İRNA-ya bildirib ki, bir qədər əvvəl Türkiyədə baş vermiş partlayış və neftin BTC vasitəsilə nəqlinin dayandırılması bu beynəlxalq layihənin təhlükəsizliyini və ekoloji etibarlılığını şübhə altına qoyub.

İran rəsmisi BTC-nin təkcə Türkiyə deyil, Gürcüstan hissəsinin də hər an təhlükə ilə üzləşə biləcəyini vurğulayıb. O, Neka-Cask neft kəmərinin texniki göstəricilərinə görə də BTC-dən geri qalmadığını bildirib.

İran neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Nohrekar-Şirazi isə bildirib ki, artıq Rusiya və Qazaxıstanın Neka-Cask neft kəmərinin inşasında iştiraka hazır olduğunu bəyan edib. Hazırda kəmərin çəkilməsi üçün optimal marşrutun seçilməsi istiqamətində iş aparılır. İran rəsmiləri yeni çəkiləcək kəmərin əvvəlkilərə nisbətən iqtisadi cəhətdən daha səmərəli olacağını da bildirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR