Pakistan parlamenti Pərviz Müşərrəfin istefasını qəbul edib

Pakistan parlamenti Pərviz Müşərrəfin istefasını qəbul edib
# 19 avqust 2008 07:11 (UTC +04:00)
İslamabad-APA. Pakistan parlamenti prezident Pərviz Müşərrəfin istefasını qəbul edib. APA-nın məlumatına görə, yeni prezident seçilənə kimi dövlət başçısının səlahiyyətlərini parlamentin yuxarı palatasının sədri Məhəmmədiyan Soomro həyata keçirəcək. Qeyd edək ki, Pərviz Müşərrəf dünən televiziya ilə xalqa müraciətində dövlət başçısı postundan könüllü istefa verdiyini açıqlayıb. O, gələcək taleyini bütünlüklə xalqın ixtiyarına verdiyini bildirib. Analitiklərin fikirncə, prezident könüllü istefa verməklə impiçment prosedurundan yaxasını qurtarıb. Pakistan mətbuatı Pərviz Müşərrəfin təhlükəsizliyinə qarantiya alması müqabilində tutduğu postdan istefa verdiyini yazır. Qeyd edək ki, prezidentə qarşı impiçment proseduru mərhum Bənazir Bhuttonun başçılıq etdiyi Pakistan Xalq Partiyasının, həmçinin sabiq baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Müsəlman Liqasının təşəbbüsü ilə başlanıb. Nəvaz Şərif prezidentin sakitcə öz postunu tərk edəcəyinə icazə verməyəcəyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR