Çində güclü zəlzələ baş verib, çoxlu dağıntılar var

Çində güclü zəlzələ baş verib, çoxlu dağıntılar var
# 20 avqust 2008 08:51 (UTC +04:00)
Bölgədən əhalinin təcili evakuasiyasına başlanıb. Artıq zəlzələ bölgəsindən 1,200 nəfər daha təhlükəsiz əraziyə köçürülüb. İlkin məlumatlara görə, Sudyan şəhəri zəlzələdən daha çox zərər çəkib, şəhərdə çoxlu sayda evin uçduğu bildirilir. Hələlik tələfatla bağlı məlumat yoxdur, təbii fəlakət zonasında xilasetmə briqadaları işləyir. Qeyd edək ki, may ayından etibarən Çində mütəmadi yeraltı təkanlar qeydə alınır. Mayın 12-də Sıçuan vilayətində baş verən 8 bal gücündə zəlzələ 70 min nəfərin həyatına son qoyub, 18 min nəfərin taleyi barədə isə məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR