Bəşər Əsəd: “Rusiya Suriya ərazisində “İsgəndər” raketləri yerləşdirməklə ABŞ-a layiqli cavab verə bilər”

Bəşər Əsəd: “Rusiya Suriya ərazisində “İsgəndər” raketləri yerləşdirməklə ABŞ-a layiqli cavab verə bilər”
# 20 avqust 2008 09:04 (UTC +04:00)
Dəməşq-APA. “Rusiya ABŞ-ın Avropa məkanında hava hücumundan müdafiə sistemi yerləşdirməsinə Suriyanın köməyi ilə cavab verə bilər”. APA-nın məlumatına görə, bu bəyanatla Moskvaya səfər ərəfəsində Suriya prezidenti Bəşər Əsəd çıxış edib. Onun sözlərinə görə, Rusiyanın “İsgəndər” uzaq mənzilli raketlərini Suriya ərazisində yerləşdirməsi ABŞ-ın addımına layiqli cavab olardı: “Hələlik bununla bağlı Rusiya bizə rəsmən müraciət etməyib. Amma belə müraciət olarsa, detalları müzakirə etməyə hazırıq. Biz Rusiyanın təhlükəsizliyini möhkəmlətmək üçün bu ölkə ilə əməkdaşlığa hazırıq. Məncə Rusiya üzük qaşı kimi dövrəyə alınmazdan əvvəl buna qarşı hansı cavab addımları atmalı olduğu üzərində ciddi düşünməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR